Bazar, 25 İyun 2017
17:58:03

Məqsəd

“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyin (MİDİB) məqsədi: Azərbaycanda memarlıq, inşaat və dizayn sahələrinin inkişaf etdirilməsi və müasir dünya standartları səviyyəsinə çatdırılması işinə kömək etməkdir.

 

MİDİB-in fəaliyyət istiqaməti (missiyası): Cəmiyyətin memarlıq, inşaat və dizayn sahəsində biliklərinin artırılması və bu sahənin davamlı inkişafı istiqamətində fəaliyyət göstərməkdir. 

 

MİDİB-in fəaliyyəti aşağıdakı dəyərlərə əsaslanır:

1.Milli, mənəvi, mədəni dəyərlərimizə söykənən müasir memarlığımızın inkişafına səy göstərmək;

2.Tikintidə proqressiv texnoloji sistemlərin, inşaat mədəniyyətinin formalaşmasında iştirak etmək;

3.Yüksək komfortlu, vizual bədii və estetik mühitin dizaynının qurulması prosesində iştirak edərək maarifləndirmək.