Cümǝ, 24 Noyabr 2017
00:14:52

Tarix

“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi (MİDİB) Azərbaycanda memarlıq, inşaat və dizayn sahələrinin inkişaf etdirilməsi və müasir dünya standartları səviyyəsinə çatdırması işinə kömək etmək məqsədi ilə 02 may 2001-ci il tarixində təsis edilmiş, 30 iyul 2003-cü ildə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.

MİDİB-in ümumi yığıncağının 02 may 2001-ci il tarixli qərarı ilə əməkdar memar, memarlıq doktoru, professor Sabir Hidayət oğlu Orucov MİDİB-in idarə heyətinin sədri təyin edilmişdir.

MİDİB, "QN № 1103-Q1-1456" saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınıb və onun təşkilati hüquqi forması Qeyri Hökümət Təşkilatı (QHT) – İctimai Birlikdir.