Çǝrşǝnbǝ, 29 Mart 2017
14:52:33

Üzvlük

Azərbaycan Respublikasında hər bir fiziki (18 yaşına çatmış) və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyin (MİDİB) üzvü ola bilər.

MİDİB-ə üzvlərin qəbulu birliyin icra orqanları tərəfindən aparılır. Birliyin üzvlüyünə daxil olmaq üçün idarə heyətinin sədrinin adına yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində idarə heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi birliyin üzvü seçilmiş hesab edilir.

MİDİB-in üzvlərinə birliyin idarə heyəti tərəfindən təsdiq edilmiş formada üzvlük vəsiqəsi verilir.

 

MİDİB-in üzvləri öz aralarında bərabərhüquqlu olub aşağıdakı hüquqlara malikdirlər:

*_Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;

*_Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və seçilmək;

*_Birliyin fəaliyyətində təşkil etdiyi tədbirlərdə iştirak etmək;

*_Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;

*_Öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək;

*_Onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək;

*_Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək;

*_Birliyin üzvü eyni zamanda iki seçkili orqanın üzvü ola bilməz;

*_Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.

 

MİDİB-in üzvləri aşağıdakı vəzifələri daşıyır:

*_Birliyin Nizamnaməsinə, həmçinin əxlaq və etika normalarına əməl etmək;

*_Birliyin seçki orqanlarının qərarlarını yerinə yetirmək;

*_Nizamnamə tələblərinə riayət etmək;

*_Birliyin tədbirlərində iştirak etmək;

*_Birliyə üzvlük haqqının miqdarı Birliyin İdarə Heyəti tərəfindən təyin edilir.

 

Üzvlüyə aşağıdakı hallarda xitam verilir:

*_Könüllü olaraq MİDİB-in üzvlüyündən çıxdıqda;

*_MİDİB-in üzvlüyündən çıxarıldıqda.

 

MİDİB-in üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:

*_Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;

*_Mütamadi olaraq birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;

*_Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə;

*_Üzvlükdən, təsisçilikdən çıxarılma idarə heyətinin qərarı ilə həyata keçirilir.

 

*** *** ***

 

MİDİB-ə üzv olmaq istəyən fiziki və ya hüquqi şəxslər aşağıdakı sənədləri birliyin ofisinə təqdim edə bilərlər və ya e-mail ilə sənədləri Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  elektron poçt ünvanına göndərə bilər:

1.    Üzvlüyə daxil olmaq üçün birliyin sədrinin adına ərizə;

2.    İki ədəd 3x4 ölçülü rəngli foto şəkil (vəsiqə və şəxsi işi üçün);

3.    Fiziki şəxslər (vətəndaşlar, tələbə və müəllimlər) şəxsiyyət vəsiqəsinin surətini;

4.    Hüquqi şəxslər isə rekvizitlərini.