Bazar, 25 İyun 2017
17:58:46

Vəzifələr



“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi (MİDİB) qarşısına qoyduğu məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir: 

*_inşaat, memarlıq, dizayn, şəhərsalma, ekologiya və materialşünaslığın inkişaf konsepsiyasının və strategiyası proqramlarının hazırlanmasında iştirak etmək;

*_iqtisadi və texniki ədəbiyyatların və yeniliklərin xarici dillərdən tərcümə olunması;

*_müəssisə və təşkilatların bizns planlarının, perspektiv inkişaf planlarının tərtibində və istehsal fəaliyyətlərinin proqnozlaşdırılmasında iştirak etmək;

*_müəssisə və təşkilatların əsaslı tikinti və əsaslı təmir üzrə smeta və layihə işlərinin tərtibində iştirak etmək;

*_respublika ərazisində tarixi, mədəniyyət və memarlıq abidələrinin qorunub saxlanması, yenidən qurulması, bərpası və renovasiyası işlərinə kömək etmək;

*_xarici ölkə firma və təşkilatlar ilə qarşılıqlı elmi-texniki və kommersiya əlaqələrinin təşkili;

*_əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edən layihələrin hazırlanması, həyata keçirilməsi, başqa təşkilatlarla birgə belə layihələrin yerinə yetirilməsi;

*_xarici ölkələrdə fəaliyyət göstərən müvafiq qeyri-hökümət təşkilatları ilə əlaqələrin qurulması və onlarla təcrübə və kadr mübadiləsi üzrə birgə proqramların işlənməsi;

*_kiçik və orta sahibkarlığın inkişafına yardım məqsədilə iş adamlarına və təşkilatlara informasiya xidmətləri göstərmək;

*_dövlət orqanları və başqa ictimai təşkilatlarla birlikdə elmi-nəzəri konfranslar, seminarlar, görüşlər və sair tədbirlər təşkil etmək və xaricdə keçirilən belə tədbirlərdə iştirak etmək;

*_əhalinin müxtəlif təbəqələri arasında rəy sorğuları keçirmək;

*_nizamnamədən irəli gələn başqa vəzifələri həyata keçirmək.

MİDİB nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün:

*_xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif ictimai birliklər, qurumlar ilə əlaqə qurmaq və onlarla birlikdə layihələr həyata keçirir;

*_elmi araşdırmalar, sosioloji sorğular keçirir, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, forumlar, festivallar, aksiya, mədəni kütləvi və sair tədbirlər keçirir;

*_məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada kütləvi informasiya vasitələri və mətbu orqanları təsis edir;

*_xarici ölkələrdə fəaliyyət göstərən təşkilatların onun məqsəd və mənafelərinə zidd olmayan tədbirlərinə qoşulur.

“MİD” İctimai Birliyin Nizamnaməsindən irəli gələn məqsəd və vəzifələri həyata keçirmək üçün Birlik, müəssisələr, həmçinin Respublika ərazisində və xaricdə filiallarını təsis edə bilər, nümayəndəliklərini aça bilər. Eyni zamanda Birlik, beynəlxalq qurumlar və institutlar, təhsil müəssisələri və universitetlər ilə əməkdaşlıq edə, qüvvədə olan qanunvericiliyə uyğun olaraq müqavilələr bağlaya, ictimai qurumlara daxil ola bilər.