Cümǝ axşamı, 17 Avgust 2017
15:18:38

Beynəlxalq partnyorlar

"Memarlıq, İnşaat və Dizayn" İctimai Birliyin beynəlxalq partnyorlarına aşağıdakı qrumlar daxildir:

 

1. Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Saziş təşəbbüsü;

“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Saziş təşəbbüsünə 11.10.2012-ci il tarixindən qoşulmuşdur (http://unglobalcompact.org/participant/17943).

Qlobal Saziş, dünyanın hər yerində şirkətlərin, qrumların və tşəkilatların cəmiyyətdə daha çox məsuliyyətli olması üçün insan haqları, əmək, ətraf mühit və anti-korrupsiya sahəsində dünyada qəbul edilmiş 10 prinsipə uyğun fəaliyyət göstərməsi, eyni zamanda prinsiplərin daim dəstəklənməsi və təbliğ edilməsi üçün BMT-nin qrumlararası təşəbbüsüdür.

BMT-nin Qlobal Saziş təşəbbüsünə dünyanın 135 ölkəsindən 8000-dən çox biznes və qeyri-biznes qurumları qoşulmuşdur.

BMT-nin Qlobal Saziş təşəbbüsü barədə ətraflı məlumat əldə etmək üçün bu linkə baxmaq olar: www.unglobalcompact.org

 

BMT-nin Qlobal Saziş təşəbbüsünün Azərbaycan üzrə nümayəndəliyi 2011-ci ildən fəaliyyətinə start verib. Fəaliyyətinə başladığı gündən nümayəndəlik bir çox tədbirlər təşkil etmişdir.

BMT-nin Qlobal Saziş təşəbbüsünün fəaliyyəti və tədbirləri ilə sosial şəbəkədəki facebook səyfəsinə baxmaqla da ətraflı tanış olmaq olar.

Facebook səyfəsi: http://www.facebook.com/UNGlobalCompact/info