01 / 01

About

``Memarlıq, İnşaat və Dizayn`` İctimai Birliyi (MİDİB).

“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi (MİDİB) Azərbaycanda memarlıq, inşaat və tikinti sahələrinin inkişaf etdirilməsi və müasir dünya standartları səviyyəsinə çatdırması işinə kömək etmək məqsədi ilə 02 may 2001-ci il tarixində təsis edilmiş, 30 iyul 2003-cü ildə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
MİDİB dövlət qeydiyyatı haqqında şəhadətnaməsi № 1103-Q1-1456 olmaqla təşkilati hüquqi forması Qeyri Hökümət Təşkilatı (QHT) – İctimai Birlikdir.
02 may 2001-ci il tarixli Ümumi Yığıncağın qərarı ilə Memarlıq doktoru, professor Sabir Hidayət oğlu Orucov MİDİB-in idarə heyətinin sədri seçilmişdir.
Hal-hazırda MİDİB-in üzvlüyünə müxtəlif sayda dövlət və özəl şirkətlər, ictimai təşkilatlar, alim-mütəxəssislər və könüllü gənclər daxildir.
MİDİB fəaliyyətdə olduğu müddət ərzində onlarla müxtəlif təyinatlı layihələr hazırlanmış və reallaşdırılmışdır. Hal-hazırda yeni layihələr üzərində işlər görülməkdədir.

Məqsəd və vəzifələr.

“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyin (MİDİB) əsas məqsədi Azərbaycanda memarlıq, inşaat və tikinti sahələrinin inkişaf etdirilməsi və müasir dünya standartları səviyyəsinə çatdırması işinə kömək etməkdir.
MİDİB qarşısına qoyduğu məqsədə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

•inşaat, memarlıq, dizayn, şəhərsalma, ekologiya və materialşünaslığın inkişaf konsepsiyasının və strategiyası proqramlarının hazırlanmasında iştirak etmək;
• iqtisadi və texniki ədəbiyyatların və yeniliklərin xarici dillərdən tərcümə olunması;
• müəssisə və təşkilatların bizns planlarının, perspektiv inkişaf planlarının tərtibində və istehsal fəaliyyətlərinin proqnozlaşdırılmasında iştirak etmək;
• müəssisə və təşkilatların əsaslı tikinti və əsaslı təmir üzrə smeta və layihə işlərinin tərtibində iştirak etmək;
• respublika ərazisində tarixi, mədəniyyət və memarlıq abidələrinin qorunub saxlanması, yenidən qurulması, bərpası və renovasiyası işlərinə kömək etmək;
• xarici ölkə firma və təşkilatları ilə qarşılıqlı elmi-texniki və kommersiya əlaqələrinin təşkili;
• əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edən layihələrin hazırlanması, həyata keçirilməsi, başqa təşkilatlarla birgə belə layihələrin yerinə yetirilməsi;
• xarici ölkələrdə fəaliyyət göstərən müvafiq qeyri-hökümət təşkilatları ilə əlaqələrin yaradılması və onlarla təcrübə və kadr mübadiləsi üzrə birgə proqramların işlənməsi;
• kiçik və orta sahibkarlığın inkişafına yardım məqsədilə iş adamlarına və təşkilatlara informasiya xidmətləri göstərmək;
• dövlət orqanları və başqa ictimai təşkilatlarla birlikdə elmi-nəzəri konfranslar, seminarlar, görüşlər və sair tədbirlər təşkil etmək və xaricdə keçirilən belə tədbirlərdə iştirak etmək;
• əhalinin müxtəlif təbəqələri arasında rəy sorğularını keçirmək;
• MİDİB-in Nizamnaməsindən irəli gələn başqa vəzifələri həyata keçirmək.

Struktur.

“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin (MİDİB) ali orqanı ildə bir dəfədən az olmayaraq çağrılan Ümumi Yığıncaqdır.
Birliyin fəaliyyətinə cari rəhbərliyi icra orqanı həyata keçirir. İcra orqanı birliyin idarə heyətinin Sədrindən, İcraçı Direktordan və digər vəzifəli şəxslərdən ibarətdir.
Birliyin Nəzarət Təftiş Komissiyasının (NTK) tərkibi komissiyanın sədrindən və üzvlərindən ibarətdir. NTK birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, habelə birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir.