01 / 01

Xəbərlər

BMU-İnha ikili diplom proqramında İnşaat mühəndisliyi ixtisası üzrə qəbul həyata keçirilir

İyl , 4
BMU-İnha ikili diplom proqramında İnşaat mühəndisliyi ixtisası üzrə qəbul həyata keçirilir

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İnha Universiteti tərəfindən ali təhsilin bakalavriat səviyyəsində 2021-2022-ci tədris ili üçün İnşaat mühəndisliyi ixtisası üzrə beynəlxalq ikili diplom proqramına qəbula start verilir.

Proqram Cənubi Koreyanın İnha Universiteti ilə birgə BMU tərəfindən icra edilir. 3+1 modelinə əsaslanan proqramın 3 il müddətində BMU-da, 1 il müddətində isə İnha Universitetində tədrisi nəzərdə tutulur.

Tələbələrə BMU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün proqramın şərti olan Koreya dili dərsləri tədris olunacaq və onlar müvafiq olaraq “TOPİK” sertifikatı əldə etmək üçün 2-ci və 3-cü təhsil illərində imtahanlarda iştirak edəcəklər.

Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, habelə Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır.

Proqramın məzunları İnşaat mühəndisliyi sahəsi, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahəsində bacarıqlara yiyələnəcəklər.

Beynəlxalq ikili diplom proqramına qəbul Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat pilləsi üzrə) nəticələri və İnha Universitetinin seçimi əsasında aparılır. Seçim nəticəsində 25 nəfər tələbə İnşaat mühəndisliyi ixtisası üzrə təhsil almaq hüququ qazanacaqdır.

Ətraflı məlumatı bu linkdən (https://bit.ly/36dhDow) əldə edə bilərsiniz.

  1. Arif Nəcimov

    fkjülrjfrej

  2. Arif Nəcimov

    Test comment

Comments are closed.